27 aprel 2024, 12:06

Sevda Abdullayevadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin qədim Gəncəyə ayırdığınız diqqətin nəticəsində şəhərimiz son illər ərzində inkişaf etmiş, sosial və yol-nəqliyyat infrastrukturu xeyli yaxşılaşmış, bir-birindən gözəl sosial obyektlər, parklar və idman qurğuları istifadəyə verilmişdir. Bugünkü Gəncə qədim və müasir memarlıq nümunələrini özündə əks etdirən, insanların könlünü oxşayan gözəl bir şəhərdir.

Cənab Prezident, Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarlığımı bildirirəm.

Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Sevda Abdullayeva.

Azərbaycan Respublikası, Gəncə şəhəri.