17 aprel 2024, 18:19

Əbülfət Uğurluyevdən, Bərdə, Azərbaycan

Cənab Prezident.

Ölkəmizin rəhbəri kimi Sizin fəaliyyətinizi diqqətlə izləyirik. Hər an insanlarımızın həyat şəraitinin, rifahının yüksəldilməsi istiqamətində qərarlar qəbul edəcəyinizi gözləyir və bunun şahidi oluruq.

Mən bir kəndli-fermer kimi deyə bilərəm ki, ölkəmizdə suvarma məsələlərinin həlli üçün görülən işlər təqdirəlayiqdir. Sizin bilavasitə diqqətiniz və qayğınız sayəsində son illər ərzində bir çox suvarma kanalları yenidən qurulmuş, yüzlərlə subartezian quyusu qazılmış, su anbarları yaradılmışdır. Bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilir. Bütün bunlar biz əkinçilərin işini rahatlaşdırır, məhsul bolluğu yaradır.

Yuxarı Qarabağ suvarma kanalının yenidən qurulması barədə bir neçə gün əvvəl imzaladığınız Sərəncamın on minlərlə insanın həyatına, yaşayışına yenilik gətirəcəyini düşünür və buna görə ailəm adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Uğurluyev Əbülfət, fermer.

Azərbaycan Respublikası, Bərdə rayonu, Hacallı kəndi.