17 yanvar 2024, 17:00

Əkbər Məhərrəmovdan, Cəlilabad, Azərbaycan

Hörmətli Mehriban xanım.

Siz möhtərəm Prezidentimizlə birlikdə ölkəmizin inkişafı, xalqımızın rifahının yüksəlməsi üçün böyük işlər görürsünüz. Dövlətimizin başçısının və Sizin yüksək səviyyəli idarəçiliyiniz sayəsində mühüm uğurlar əldə etmişik, 44 günlük Vətən müharibəsində misilsiz Qələbə qazanmışıq. Siz bu xalqın başını dikəltdiniz, yüksəklərə qaldırdınız.

Xankəndidə keçirilmiş hərbi paradı izləyərkən sevincimin həddi-hüdudu yox idi, həmin an sevinc göz yaşlarına qərq oldum. Bu xoşbəxtliyi bütün xalqımıza cənab Prezidentimiz və Siz bəxş etdiniz. Zəfərlə dolu bu günlər tariximizin ən parlaq səhifələridir.

Yüksək səviyyəli rəhbərliyinizə, xalqa xoşbəxt həyat və qələbələr yaşatdığınıza görə cənab Prezidentimizə və Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, möhtərəm Prezidentimizin və Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə daha da qüdrətlənəcək. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm. Ulu Tanrı cənab Prezidentimizə və Sizə yar olsun!

Hörmətlə,

Məhərrəmov Əkbər Səyyaf oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.