30 dekabr 2023, 18:00

Rasim Əsgərovdan, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Siz möhtərəm Prezidentimizlə birlikdə ölkəmizin inkişafı, xalqımızın rifahının yüksəlməsi üçün böyük əmək sərf edirsiniz. Dövlətimizin başçısının və Sizin yüksək səviyyəli idarəçiliyiniz sayəsində mühüm uğurlar qazanmışıq,
44 günlük Vətən müharibəsində misilsiz Qələbə əldə etmişik. Siz bu xalqın əyilmiş başını dikəltdiniz, yüksəklərə qaldırdınız. Xankəndidə keçirilmiş hərbi paradı izləyən vaxt sevincimin həddi-hüdudu yox idi, həmin an sevinc göz yaşlarına qərq oldum. Bu xoşbəxtliyi cənab Prezidentimiz və Siz bütün xalqımıza bəxş etdiniz. Zəfərlə dolu bu günlər tariximizin ən parlaq günləridir.

Yüksək səviyyəli rəhbərliyinizə, xalqa xoşbəxt həyat və qələbələr yaşatdığınıza görə cənab Prezidentimizə, Sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, möhtərəm Prezidentimizin və Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə daha da qüdrətlənəcək.

Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzu edirəm. Ulu Tanrı cənab Prezidentimizə və Sizə yar olsun!

Hörmətlə,

Əsgərov Rasim Ələmdar oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.