04 dekabr 2023, 11:13

Xalq şairi Süleyman Rüstəmin ailəsindən, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Xalq şairi Süleyman Rüstəmin oğlu, təqaüdçü Azad Rüstəmzadə insult və beyninə qansızma diaqnozu ilə bu il oktyabrın 21-də Bakıdakı xəstəxanalardan birinə yerləşdirilmişdi.

Heydər Əliyev Fondu tərəfindən xəstəxana xərclərinin qarşılanması ilə bağlı ailəmiz tərəfindən Sizə
ünvanlanmış müraciətə yüksək qayğı ilə baxılmasına görə təşəkkür edirik.

Bildirmək istərdik ki, Azad Rüstəmzadə xəstəxana şəraitində müalicəsini noyabrın 29-da tamamlayıb və evə buraxılıb.

Göstərdiyiniz yüksək diqqətə və qayğıya görə ailəmiz adından Sizə səmimi-qəlbdən minnətdarlığımızı bildiririk. Ailəmizə göstərdiyiniz bu kömək böyük ürəyinizin təzahürü kimi yaddaşımızda həmişə qalacaq.

Uca Allah Sizi qorusun, Mehriban xanım! Həmişə var olasınız!

Dərin hörmətlə və ehtiramla,

Rüstəmzadə Azad Süleyman oğlu

Rüstəmzadə Əzizə Şükür qızı

Rüstəmzadə Günəş Azad oğlu

Rüstəmzadə Azadə Azad qızı.