İlham Əliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib

24 iyul 2015, 13:30
İlham Əliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Səfir Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00